Azərbaycanda 2027-ci ildə veteranlara ödənilən sosial vəsaitlərin artırılması məsələsi diqqət mərkəzindədir. Xüsusilə yaşayış xərclərinin yüksəlməsi fonunda müharibə veteranlarının sosial təminatının gücləndirilməsi məsələsi aktuallıq kəsb edir.
Bəs gələn il veteranların pensiya və müavinətlərində artım gözlənilirmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, veteranların sosial təminatı məsələsinə kompleks yanaşılmalıdır.

“Sosial ödənişlərin artırılması yalnız mövcud iqtisadi vəziyyətlə deyil, həm də dövlət büdcəsinin imkanları, inflyasiya səviyyəsi və sosial siyasətin prioritetləri ilə bağlıdır. Bu baxımdan veteranlara verilən ödənişlərin məbləği müəyyənləşdirilərkən onların real alıcılıq qabiliyyətinin qorunması da nəzərə alınmalıdır”.
Mütəxəssis hesab edir ki, veteranların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mümkün dəyişikliklər iqtisadi göstəricilər və büdcə planlaşdırması çərçivəsində qiymətləndirilməlidir. Bununla belə, 2027-ci ildə ödənişlərin artırılması ilə bağlı rəsmi qərar olmadan konkret artımın baş verəcəyini söyləmək doğru olmaz.
Aynurə İsmayıl
KONKRET.az
