Şri-Lanka Asiya regionunda sülhün, təhlükəsizliyin və rifahın möhkəmləndirilməsinə xidmət edən dialoq, məsləhətləşmələr və konsensus əsasında qərarların qəbulu üçün AQEM-i unikal ümumasiya platforması hesab edir.
KONKRET.az xəbər verir ki, bu barədə Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm naziri Vicita Herat Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə deyib.
