Macarıstan hökumətinin fikrincə, Donald Trampın hakimiyyətə gəlişindən sonra Qərb ölkələri liberal kursunu mühafizəkar istiqamətə dəyişəcək.
KONKRET.az TASS-a istinadən xəbər verir ki,
bunu Macarıstanın baş naziri Viktor Orban ölkə Milli Bankının illik konfransında çıxışı zamanı deyib: “Vaşinqton Konsensusu Budapeşt Konsensusu ilə əvəz olunacaq. Budapeşt konsensusuna görə, hər bir ölkənin özünü dünyanın mərkəzi hesab etmək hüququ var”, – deyə hökumət başçısı bildirib. O, həmçinin önümüzdəki illərdə dünyanın inkişaf modelləri üzərində mübarizə aparacağını müdafiə etdiyini bildirib. Onun fikrincə, bu, Budapeşt və Brüssel arasında ciddi fikir ayrılıqlarının qaldığı Avropa İttifaqında artıq gedir.
Vəli Həsənoğlu,
KONKRET.az