Viktor Orban: “Ukraynanın Aİ-yə üzvlüyü Avropa fermerləri üçün ciddi itkilərə səbəb olacaq“backend

Viktor Orban: “Ukraynanın Aİ-yə üzvlüyü Avropa fermerləri üçün ciddi itkilərə səbəb olacaq“

Münaqişə bitdikdən sonra Ukrayna Avropa iqtisadi sisteminə inteqrasiya edərsə, macar, polşa və fransız fermerləri çətin vəziyyətə düşəcəklər.

KONKRET.az Lenta.Ru-ya istinadən xəbər verir ki,  bunu Macarıstan prezidenti Viktor Orban “Kossuth” radiosuna müsahibəsində deyib. Onun fikrincə, Brüssel Ukraynanın Avropa İttifaqına daxil olmasına səy göstərir. Əgər bu baş verərsə Avropanın  kənd təsərrüfatı sahəsində ciddi müdafiə tədbirləri tələb edəcək. Çünki avropalı fermerlər rəqabətə tab gətirə bilməyəcəklər. Böyük istehsalla  Kiyev Avropa bazarını məhv edə bilər. Xatırladaq ki, Macarıstan Avropa İttifaqında Ukraynanın əsas rəqiblərindən biridir. Orban müntəzəm olaraq Kiyevi dəstəkləyən ümumavropa təşəbbüslərini əngəlləyir və Rusiyaya qarşı sanksiyaların ləğvinə çağırır.

Eyni zamanda, Budapeşt “Drujba” kəməri ilə Rusiya neftinin tədarükündən asılı vəziyyətdədir.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*