Xaçmazda qayın kürəkəni tərəfindən döyülərək ölümcül hala salınıbbackend

Xaçmazda qayın kürəkəni tərəfindən döyülərək ölümcül hala salınıb - SON DƏQİQƏ

Konkret.az-ın Şimal bürosunun verdiyi xəbərə görə, hadisə Xaçmaz rayonunun Qaraçı kəndində baş verib. Şəxsi münaqişə zəminində yeznə ilə qayın arasında düşən dava sonda qanlı sonluqla nəticələnib. Nəticədə 1956-cı il təvəllüdlü Mehrəliyev Sadıq Gülmurad oğlu ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Kənd sakinlərinin sözlərinə görə, yeznə-qayın arasındakı ədavət uzun illərdir davam edirmiş. Bir il bundan qabaq iki qohum arasında bir dəfə də belə insident yaşanıb və o zaman zərərçəkən şəxs qayın olub. Hazırda zərərçəkən Sadıq Mehrəliyev Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında müalicə olunur. Vəziyyəti kafi olaraq dəyərləndirilir. Fakt polis şöbəsi tərəfindən araşdırılır.

Cəlal Fərzəliyev,

Konkret.az-ın Şimal bürosunun xüsusi müxbiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*