Xameneinin iqamətgahı belə vurulub – Şok görüntülərbackend

Xameneinin iqamətgahı belə vurulub – Şok görüntülər

İranda internet məhdudiyyətlərinin aradan qaldırılmasından sonra sosial mediada müharibənin ilk günlərinə aid olduğu iddia edilən yeni görüntülər yayılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Kadrlarda İranın mərhum ali rəhbəri Əli Xameneinin iqamətgahının yerləşdiyi əraziyə raket zərbəsi endirildiyi bildirilir.

Görüntülərin müharibənin başlanğıc mərhələsində çəkildiyi və zərbə zamanı “Tomahavk” tipli raketlərdən istifadə edildiyi qeyd olunur.

Qeyd edək ki, Əli Xamenei və bir qrup yüksək rütbəli hərbi komandan fevralın 28-də İsrail və ABŞ qüvvələrinin həyata keçirdiyi əməliyyat nəticəsində həlak olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*