Xameneyinin müşaviri yenidən Azərbaycanın daxili işlərinə qarışdıbackend

Xameneyinin müşaviri yenidən Azərbaycanın daxili işlərinə qarışdı

İranın ali rəhbəri Xameneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əliəkbər Vilayəti Pakistanın daxili işlər naziri ilə görüşdə Azərbaycanın daxili siyasətinə müdaxilə edərək qərəzli fikirlər səsləndirib.

KONKRET.az xəbər verir ki, o, Azərbaycanı İslam dünyasının mövqeyinə zidd addımlar atmaqda ittiham edib.

Vilayəti xüsusilə Azərbaycanın “Əl-Culani ilə sionist rejim” arasında vasitəçilik etməsi və İsrailə neft ixrac etməsini tənqid edib. Onun sözlərinə görə, Azərbaycan müsəlmanların və İslam ölkələrinin baxışlarına zidd olan addımlar atır.

Bu açıqlamalar İranın işğalçı Ermənistanla yaxın münasibətləri olduğu halda, müstəqil Azərbaycanın daxili işlərinə müdaxilə kimi dəyərləndirilir və həyasız davranış kimi qınanır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*