Xankəndi stadionunun son halı – Videobackend

Xankəndi stadionunun son halı - Video

Xankəndi şəhər stadionunun əsaslı təmiri və yenidən qurulması üzrə işlər davam edir.

KONKRET.az xəbər verir ki, Oxu.az stadionun son vəziyyəti barədə görüntülər lentə alıb.

Videoda stadion ərazisində yenidənqurma prosesinin aktiv şəkildə davam etdiyi görünür. Tribunalar, meydança və ətraf infrastrukturlar üzrə işlərin mərhələli şəkildə həyata keçirildiyi diqqət çəkir.

Qeyd edək ki, Xankəndi şəhər stadionunun yenidən qurulması bölgədə idman infrastrukturunun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Təmir işləri başa çatdıqdan sonra stadionun müasir standartlara cavab verəcəyi gözlənilir.

Xatırladaq ki, Xankəndi şəhər stadionunun əsaslı təmiri və yenidən qurulması üzrə işlərin icrasına 9 milyon 918 min 674 manat vəsait sərf olunması nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*