III Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb.
KONKRET.az Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər.
Bununla da atletlər dörd gün ərzində ümumilikdə 192 km məsafə qət edərək Xankəndi Zəfər Meydanındakı finişə çatıblar.
Kişilər arasında ilk üç mərhələdə gürcüstanlı atlet David Xarazişvili qələbə qazanıb, qadınların mübarizəsində isə Ukraynadan olan Olena Şevçenko birinci olub.
Marafon Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilib. Yarışa 6 ölkədən 97 atlet qatılıb.
Ultramarafon dörd mərhələdən ibarətdir: Qəbələ-Ağdaş (52,5 km), Ağdaş-Bərdə (63,5 km), Bərdə-Ağdam (46,8 km) və Ağdam-Xankəndi (29,2 km). Hər mərhələnin qalibləri ayrıca təltif edilir.
Yarışın keçirilməsində məqsəd sağlam həyat tərzinin və qaçış idmanının təbliği, həmçinin Azərbaycanın müxtəlif bölgələrinin idman vasitəsilə tanıdılmasıdır.
***
III Beynəlxalq Xankəndi Ultramarafonuna yekun vurulub.
Dörd gün davam edən ultramarafon çərçivəsində idmançılar ümumilikdə 192 km məsafə qət ediblər. Yarış Qəbələ–Ağdaş (52,5 km), Ağdaş–Bərdə (63,5 km), Bərdə–Ağdam (46,8 km) və Ağdam–Xankəndi (29,2 km) mərhələlərindən ibarət olub. Hər mərhələnin qalibləri ayrıca mükafatlandırılıb.
Sonuncu mərhələdə kişilər arasında Gürcüstan təmsilçisi David Xarazişvili, qadınlar arasında isə ukraynalı Olena Şevçenko finişə birinci çatıb.
Dörd mərhələnin yekun nəticələrinə əsasən, kişilərin mübarizəsində David Xarazişvili birinci yeri tutub. Litvalı Andrey Eqorov ikinci, Azərbaycan təmsilçisi Elşad Nəsibov isə üçüncü olub.
Qadınların yarışında Olena Şevçenko ümumi hesabda birinci yeri tutub. Rusiyalı Leyla Abdinova ikinci, Azərbaycan təmsilçisi Natalya Vallek isə üçüncü olub.
Xatırladaq ki, Xankəndi Ultramarafonu ilk dəfə 2024-cü ildə Xankəndi-Bakı marşrutu üzrə təşkil olunub. 380 km məsafəni əhatə edən yarışda dörd ölkədən 64 atlet iştirak edib. 2025-ci ildə isə ultramarafon Qəbələ-Xankəndi marşrutu üzrə keçirilib, yarışa altı ölkədən 81 atlet qatılıb.
