Sosial şəbəkələrdə İranın “Xatəmül-Ənbiya” hərbi qurumunun sözçüsü İbrahim Zülfüqarinin mülki həyatına dair video virusa dönüb.
KONKRET.az xəbər verir ki, internet resurslarında bu şəxsin tərcümeyi-halına dair heç bir qeyd yoxdur. O harda və nə vaxt doğulub, – bu barədə heç nə bilinmir.
İbrahim Zülfüqari fevralın 28-də İranın ABŞ/İsraillə başlayan müharibəsi ilə tanınmağa başlayıb. O gah general, gah da polkovnik-leytenant hərbi rütbəsində təqdim olunur.
Videolardan birinə əsasən, onun milliyyətcə kürd olduğu iddia olunur.
İddialara görə, “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının rəsmi nümayəndəsi magistr dərəcəsinə malikdir. Fəlsəfi strateji tədqiqatlar sahəsində ixtisaslaşıb. Təhsili riyaziyyat sahəsindədir.
O, dörd dildə sərbəst danışır: fars, ərəb, ingilis və ivrit.
Aprelin 7-də elan atəşkəsə dair razılaşmaya qədər İbrahim Zülfüqari TV ekralarından oxuduğu bəyanatlarla geniş tanınma qazanıb.
Bununla belə, İbrahim Zülfüqarinin tərcümeyi-ahlı barədə bir çox suallar cavabsızdır.
