XƏBƏRDARLIQ: Bu şəxslərə günorta vaxtı çölə çıxmaq qadağandırbackend

XƏBƏRDARLIQ: Bu şəxslərə günorta vaxtı çölə çıxmaq qadağandır

“Havaların kəskin istiləşməsi fonunda insanlar xüsusilə diqqətli olmalıdırlar”.

Bu fikirləri həkim-terapevt Günay Lətifova KONKRET.az-a açıqlamasında bildirib. İsti havalarda xüsusilə 63 yaşdan yuxarı şəxslər ehtiyatlı davranmalı, mümkün qədər günorta saatlarında çölə çıxmamalıdırlar.

Azerforum.com

“İstiyə tab gətirə bilməyən insanlar saat 12:00-dan 18:00-a qədər çöldə olmamalıdırlar. Çıxmalı olduqda isə kölgəli, qapalı yerləri seçmələri vacibdir. Çünki günəş şüaları dəridə müxtəlif xəstəliklərə, ləkə problemlərinə səbəb olur. Həmçinin təzyiq problemi olmayan şəxslərdə də günvurma – yəni “udar” halları baş verə bilər”, – həkim xəbərdarlıq edib.

Terapevt əlavə edib ki, bu cür problemlərin qarşısını almaq üçün dərini mütləq SPF qoruyucu kremlərlə qorumaq lazımdır. “Dərinin sağlamlığı üçün günəşə qarşı müdafiə şərtdir. Dəriyə qulluq edilməzsə, ciddi fəsadlar yaranar. Eyni zamanda, papaq, çətir kimi vasitələrdən istifadə edilməsi də mütləqdir”, – deyə Günay Lətifova vurğulayıb.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*