Xəbərdarlıq: Ərzaq və su ehtiyatı toplayın!backend

Xəbərdarlıq: Ərzaq və su ehtiyatı toplayın!

Böyük Britaniya hökuməti fövqəladə vəziyyətlərə hazırlıq məqsədilə əhalini üç günlük ərzaq və su ehtiyatı toplamağa çağırıb.

KONKRET.az axaraz-a istinadən xəbər verir ki, bu barədə “Quardian” məlumat yayıb.

“Hazır ol” (Be Ready) kampaniyası çərçivəsində britaniyalılara ərzaq, hər nəfər üçün gündə üç litr hesabı ilə su, ilkin yardım çantası, fənər, ədyal və nağd pul ehtiyatı hazırlamaq tövsiyə olunur”, – məlumatda deyilib.

Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq isə hazırlıq tədbirlərinin zəruriliyini ödəniş sistemləri və təchizat zəncirləri də daxil olmaqla, kritik infrastruktura qarşı kiberhücum və təxribat təhdidləri ilə əsaslandırıb:

“Supermarketlərdə ödəniş sistemləri fəaliyyətini dayandırsa, bunun öhdəsindən necə gələrdiniz? Bunlar gündəlik həyatda qarşılaşa biləcəyimiz real təhdidlərdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*