Rusiyanın Saratov şəhərində naməlum bir şəxs xəstəyə yardım üçün tələsən həkim qadına təcavüz edib. Konkret.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat verib.
Hadisə sentyabrın 16-da axşam baş verib. Klinikalardan birində işləyən qadın həkim çağırışla xəstənin yaşadığı ünvana yollanıb. Lakin ünvanı tapa bilmədiyindən yaxın ərazidən keçən naməlum şəxsdən yardım istəyib.
İstintaqa məlum olmayan şəxs həkimə onunla gəlməyi xahiş edib. Bir qədər sonra qaranlıq və kimsəsiz bir yerdə qadına hücum edərək onu zorlayaıb.
Hüquq-mühafizə orqanları təcavüzkarın tapılması üçün əməliyyat-istintaq tədbirləri həyata keçirir.
Konkret.az
