Rusiyanın Xəzər Boru Kəməri Konsorsiumunun dəniz terminalı Ukrayna ordusunun hücumuna məruz qalıb.
KONKRET.az xəbər verir ki, hücum nəticəsində neft yüklənməsi dayandırılıb.
Konsorsiumdan bildirilib ki, PUA-lar terminalda neft yükləyərkən beynəlxalq heyətləri olan iki dəniz tankerinə hücum edib.
Hücum zamanı xəsarət alan olmayıb və neft dağılması baş verməyib.
Qeyd edək ki, bundan əvvəl də Ukrayna pilotsuz aparatlarının CPC terminalı və Novorossiyskdəki enerji obyektlərinə zərbələr endirdiyi bildirilmişdi. Son hücumdan sonra terminalda bərpa işlərinin nə qədər davam edəcəyi barədə rəsmi məlumat açıqlanmayıb.
