“İranşəhri” adlandırılan fars millətçilərindən ibarət qrup Xəzər dənizinin adının dəyişdirilməsi məsələsini qaldırıb.
KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, İranda fəaliyyət göstərən bu millətçi qruplaşma “Xəzərin tarixi adının bərpası tələbi” adlı kampaniyaya başlayıblar.
İranda türk tənqidçilər hesab edirlər ki, bəzi fars millətçi cərəyanlarının “Xəzər” adını “Kaspi” və ya “Mazandaran” adları ilə əvəzləmək cəhdi sadəcə coğrafi ad seçimi deyil.
Onların fikrincə, bu cəhd türk tarixini əks etdirən izlərin silinməsi və ya zəiflədilməsi meyli ilə bağlıdır:
“Daha əvvəl keçirilmiş bir kampaniyada fars millətçiləri xəzərləri açıq şəkildə “işğalçı və anti-İran xalqı” adlandıraraq onların adının bu dənizdən silinməsini tələb etmişdilər. Bu cür ifadələr kampaniyanın millətçi mahiyyətini ortaya qoyur”.
Qeyd edək ki, “Xəzər” adı tarixdə mövcud olmuş türkmənşəli xəzər xalqının adından götürülüb. İran İslam Respublikasının rəsmi sənədlərində də əsasən “Xəzər dənizi” ifadəsindən istifadə olunur.

Heydər ƏLİYEV vaxtında onların cavabını verib.Allah rəhmət eləsin konkret bir cavab verdi o vaxt.
Bu farslar kimi 2-ci bir Türk, islam ümumiyyətlə özlərindən qeyri millət düşməni tanımıramda. Sizə elə Amerikayla-İzrail qənim olsun.
Rusiya bu dənizi “Kaspiyskoye more” adlandırır. Qazaxıstan, Türkmənistan, Azərbaycan isə Xəzər adlandırırlar. Bu, ölkələr arasında heç bir mübahisə yaratmır. İran da istəyir lap Tehran dənizi yazsın öz dövlət sənədlərində. Bu Xəzərin qurumasının qarşısını alacaqsa, qoy necə istəyirlər elə də adlandıranlar. Tehranın adını dəyişib Ranteh qoymaqla şəhər alt-üst olmayacaq ki.
Мənim üçün fərqi yoxdur istər fars olsun,istər haylar olsun -Hind tayfasıdır,qannarinda qüsur var,düzələn məmulat deyillər!!!
xəzər – xəzli ər sözündən…xəzər elinin geyim tərzi…