Xırda adamların cılız KARİKATURASIbackend

Xırda adamların cılız KARİKATURASI

Bir az əvvəl, yazı-pozudan başım ayazıyanda Youtub-u açıram və “zəmanəmizin qəhrəmanı”na çevrilmiş cənab Mehdiyevlə bağlı materialların içinə düşürəm. Diqqətimi 5 il əvvəl onun nəvəsinin toyunda kürəkəni, əsrimizin əvvəllərindən dünənəcən Milli Məclisin deputatı olan İlham Əliyevin çıxışı çəkir. Bu adamın 30-40 saniyəlik tostunda bugünkü millət vəkillərinin, nazir və komitə sədrlərinin, bir sürü inzibati kəndxudaların, hətta “sosial şüur” höccətülislamlarının 30 il müddətində statistik azərbaycanlıların beyninə yeritdikləri “Azərbaycan dövlətçiliyinin fəlsəfəsini yaradan” “dövlət xadiminin” karikatur obrazı təqdim edilir.

KONKRET.az eramedia.az-a istinadən xəbər verir ki, hörmətli kürəkənin təqdiatından məlum olur ki, bu cılız “filosof-dövlətçi” ailə və tayfa maraqlarından bir qarış o tərəfə getməyib. Hazırki akademik, sabiq millət vəkili və eks-rektorlardan birinin dediyi “Ramiz müəllim, biz xırda adamlar sizin qiymətinizi verə bilmərik, siz böyük dövlət xadimisiniz”- sözləri də onu “kürəkən”in aşağıda verilən kriteriyalardan o tərəfə aparmır. “Kürəkən”in dediklərini oxumaq hər birimizdə ən pessimist hisslər yaratsa da onu oxumağı məsləhət bilərdim: “Ramiz müəllimin böyük ictimai-siyasi xadim olmasını, yəqin ki, bu masaların arxasında oturanların hamısı çox yaxşı bilir. Mən bir məqama toxunum, yəqin ki, burada iştirak edənlər, xüsusilə qohumlar- Ramiz müəllimin tayfası, mənim nəslim-tayfamın Ramiz müəllimin boynunda böyük haqları olub (çaşır və sonra “səhvini” düzəldir): Yox, Ramiz müəllimin o insanların boynunda haqqı var. Ramiz müəllimin o insanların həyatında böyük rolu olub. Hətta bizim təzə qohumların da, demirəm hanısının, amma böyük qisminin həyatında Ramiz müəllimin çox böyük rolu olub. Hesab edirəm ki, onlar bunu yaddan çıxarmayacaqlar”.

Siz təqdim olunan videoda “filosof-dövlətçi”nin mimikasından “kürəkən”in bu sözlərini hansı məmnuniyyətlə qəbul edildiyinə hökmən diqqət yetirin…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*