Xırdalanda qohumlar arasında dava: Bıçaqlanan varbackend

Xırdalanda qohumlar arasında dava: Bıçaqlanan var

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Qohumlar arasında düşən mübahisə sonda bıçaqlanma ilə nəticələnib.

Bıçaq zərbələri alan 1982-ci il təvəllüdlü Süleymanov Yəhya Rafiq oğlu təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı onun döş qəfəsi və qarın boşluğunda 4 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Hadisənin təfərrüatı rayon polisi tərəfindən araşdırılır.  /Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*