Xızı sakinindən narkotik vasitələr aşkarlandı – FOTOLARbackend

Xızı sakinindən narkotik vasitələr aşkarlandı - FOTOLAR

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan KONKRET.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakini Heybət Heybətov saxlanılıb.

Həmin şəxsin üzərinə baxış keçirilən zaman yarım kiloqrama yaxın marixuana və kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*