Son dövrlər məktəblərdə vahid geyim forması ilə bağlı ortaya atılan müzakirələrə və məktəb qarşısında baş verən hadisələrə tanınmış jurnalist, əməkdar jurnalist Xoşqədəm Hidayətqızı sərt reaksiya bildirib.
KONKRET.az xəbər verir ki, “Açıq Tribuna” verilişində qonaq olan Xoşqədəm Hidayətqızı məktəblərdə vahid geyim qaydalarının tətbiqinin zəruriliyindən danışıb və bu məsələnin süni şəkildə şişirdilməsinin yolverilməz olduğunu vurğulayıb:
“Bu gün azyaşlılarımız, məktəblilərimiz məktəbin qaydalarına əməl etməyə borcludurlar. Sabah həddi-buluğ yaşına çatacaq, qərar vermək yaşına gələcək – heç kim ona deyə bilməz ki, sən necə geyin, bu, onun azad fikri olacaq. Öz ailəmdə də hicab taxanlar var, heç kim onlara mane olmur, sərbəstdirlər. Amma məktəblinin vahid formada geyinməsi tələb olunursa, bu, müzakirə obyekti olmamalıdır. Dünən məktəbin qarşısında yaşananlara çox üzülürəm. Bu qərar heç kimin dini baxışlarına yönəlməyib, sırf məktəbdə vahid geyim formasının tətbiqidir.”
Ətraflı videoda:
