Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda güclü yanğın baş verib. Yanğın gecə saatlarında “Kontakt Home”un anbarından başlayıb.
KONKRET.az xitab24-ə istinadən xəbər verir ki, ilkin məlumata görə, anbarda paltaryuyan və soyuducular olub.
Yanan anbardakı əşyaların təxminən 3 milyon manat civarında olduğu bildirilir.
Qeyd edək ki, “Kontakt Home”un sahibi sabiq millət vəkili Elnur Allahverdiyevdir.
