Yaponiyanın ən böyük aviaşirkətlərindən biri “Japan Airlines” (JAL) daxili və beynəlxalq uçuşlara təsir göstərə biləcək kiberhücum barədə məlumat verib.
KONKRET.az xəbər verir ki, hadisə yerli vaxtla saat 07:24-də (Bakı vaxtı ilə 02:24) qeydə alınıb. Şirkətin məlumatına görə, haker hücumu aviaşirkətin daxili və xarici sistemləri arasında əlaqəni təmin edən şəbəkə avadanlığına təsir edib. “JAL” ləğv və ya gecikmə ilə bağlı heç bir məlumat yaymasa da, uçuş əməliyyatlarına təsir göstərə biləcəyi barədə xəbərdarlıq edilib. Yaponiyada ilin sonu nəqliyyat infrastrukturu üçün ən gərgin dövrlərdən biri hesab olunur. Hava limanları, qeydiyyat və təhlükəsizlik keçid məntəqələrində yaranan uzun növbələr səbəbindən mümkün gecikmələr barədə sərnişinləri əvvəlcədən xəbərdar edir. Bundan əvvəl xəbər verilmişdi ki, çinli hakerlər ABŞ-nin telekommunikasiya sistemlərinə hücum edərək Donald Tramp və Ceyms Devid Vensin mobil telefonlarına daxil olmağa cəhd ediblər .
Vəli Həsənov,
KONKRET.az