backend

Yasamalda adam bıçaqlayan şəxs saxlanıldı

Ötən gün Yasamal rayonu ərazisində bıçaqlanma hadisəsi qeydə alınıb.

KONKRET.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, A.Naqornıy adlı şəxs kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və bu barədə 28-ci Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini X.Fətəli saxlanılıb.

Yasamal RPİ-də araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*