“Kiçik təsərrüfatlara dövlət dəstəyi özünü doğrultmur və inkişafa kömək etmir.”
KONKRET.az xəbər verir ki, bu fikirləri Ermənistan hökumətinin iclasında baş nazir Nikol Paşinyan deyib.
“Son bir neçə ildə biz fermerlərə bir sıra subsidiya növlərini təklif etmişik. Hətta sıfır faizlə kreditlər götürməyi təklif kimi irəli sürmüşük. Amma bu təsərrüfatların hələ də inkişafı gözə çarpmır. Digər problem müasir biliyin olmamasıdır. Biz özümüz çox şeyi necə edəcəyimizi bilmirik. Deməli, biz özümüz yeddi il dalbadal birinci sinifdə oturmuşuq”, – Paşinyan vurğulayıb.
Aynurə İsmayıl
KONKRET.az