KONKRET.az xəbər verir ki, Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mütvali Şıxlinski məhkəmə qərarı ilə 2 ay müddətinə həbs edilib. Bu barədə Sverdlovsk vilayəti məhkəmə orqanlarının mətbuat xidməti məlumat yayıb.
Hazırda istintaq davam edir.
****
Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı icmasının tanınmış simalarından biri olan Şahin Şıxlinskinin oğlu Mutvali Şıxlinski məhkəmə qarşısına çıxarılıb.
KONKRET.az xəbər verir ki, o, hüquq-mühafizə orqanlarının əməkdaşına qarşı zor tətbiq etməkdə ittiham olunur. İstintaqın məlumatına görə, 1 iyul tarixində atasının – Azərbaycan diasporunun rəhbəri Şahib Şıxlinskinin saxlanılması zamanı oğlu “Gelandewagen” markalı avtomobillə xüsusi xidmət orqanlarının əməkdaşını vurub.
Məhkəmə iclası prokurorun müraciəti ilə qapalı rejimdə keçirilib. Bu qərar zərərçəkmiş əməliyyatçının şəxsi məlumatlarının yayılmaması üçün qəbul edilib.
Hazırda məhkəmə onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxır.
Hadisə ilə bağlı rəsmi dairələrdən əlavə açıqlama verilməyib.
Natiq Səlim,
KONKRET.az