Konkret.az xəbər verir ki, Rusiyalı döyüşçü Aleksandr Yemelyanenko özünün instaqram səhifəsində Əbu-Dabidə keçirilən, UFC çempionu Həbib Nurməhəmmədovla UFC 242 turnirində amerikalı Dastin Puaryenin döyüşünü şərh edib. Əvvəlcə qələbə münasibətilə Həbibi təbrik edən Yemelyanenko vurğulayıb ki, “O, layiqli qələbə qazanıb. Döyüş çətin bir mübarizə şəraitində keçib. Yemelyanenko qeyd edib ki, artıq Nurmaqomedovu bütün döyüşçü dünyası öyrənəcək. Bir güləşçi kimi o, mükəmməldir – rəqibini idarə edir, tükəndirir… Gərək boks məşqlərinə də diqqət ayırmalıdır, üzərində çox işləməlidir“.
Aleksandr Yemelyanenkonun çıxışışını əkst etdirən videosunu təqdim edirik: