Yeni Suriyada ermənilərə yer yoxdur – Yenə qaçqın düşəcəklərbackend

Yeni Suriyada ermənilərə yer yoxdur - Yenə qaçqın düşəcəklər

“Suriyada Bəşər Əsəd rejiminin süqutu Ermənistanı bu ərəb respublikasındakı 30 minə yaxın erməninin taleyi narahat edir”.

KONKRET.az xəbər verir ki, bu barədə “Nezavasimaya qazeta” yazıb.

Bildirilir ki, Suriyada yaşayan ermənilər Ermənistan hakimiyyətindən ölkəni tərk etmələrinə köməklik etməyi xahiş ediblər. Lakin Ermənistan səfirliyi Livana təxliyyə edilib və Xarici İşlər Nazirliyi hələlik ermənilərin bu Suriyadan təhlükəsizliyini təmin etmək imkanının olmadığını bildirib. Eyni zamanda, Erməni Apostol Kilsəsinin Kilikiya Katolikosluğunun Beriya yeparxiyasının rəhbəri, arxiyepiskop Makar Aşkaryan Suriya ermənilərini təmkinli və diqqətli olmağa, yalnız lazım gəldikdə evi tərk etməyə çağırıb.

Qafqaz İnstitutunun elmi işçisi Qrant Mikaelyan hesab edir ki, Suriyada olan erməni qaçqınlar yenidən Ermənistana köçməyə çalışacaqlar. Məlumatlara görə, Suriyada “ərəb baharı” başlayandan (2011) Ermənistana 14,7 minə yaxın ermıni qayıdıb, amma onlardan hamısı rəsmi qeydiyyata düşməyiblər.

Ekspert deyib ki, yeni Suriyada ermənilərə yer olmayacaq, amma Ermənistan hakimiyyətinin əvvəlki kimi qaçqın axınının öhdəsindən gələ bilməyəcək, ona görə də onların çoxu başqa ölkələrə gedəcəklər. (musavat.com)

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*