Yeniyetmə maşınla qadını vurub hadisə yerindən qaçdı – Videobackend

Yeniyetmə maşınla qadını vurub hadisə yerindən qaçdı - Video

Bu gün səhər saatlarında Binəqədi rayonu, Gənclər Şəhərciyi ərazisində qadın piyada avtomobillə vurulub.

KONKRET.az unikal.az-a istinadla xəbər verir ki, qəza zamanı “Şevrolet” markalı avtomobilin sürücüsü 35 yaşlı piyadanı vuraraq öldürüb. Daha sonra sürücü hadisə yerindən yayınıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə yol nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı sürücünün yetkinlik yaşına çatmayan şəxs olduğu müəyyən edilib.

Faktla bağlı istintaq araşdırmaları aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*