Yer kürəsində güclü maqnit qasırğası başladıbackend

Yer kürəsində güclü maqnit qasırğası başladı

Mütəxəssislərin günlər öncə anons etdiyi G3 dərəcəli şiddətli geomaqnit qasırğası artıq planetimizi cənginə alıb.

KONKRET.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (KTİ) Günəş Astronomiyası Laboratoriyasından bildiriblər.

Məlumatına görə, maqnit qasırğası ilkin hesablamalara nisbətdə bir sutka gecikmə ilə başlayıb. Gücünə görə bu, cari ildə qeydə alınan üçüncü belə hadisədir və yalnız 19-21 yanvarda baş verən G4.67 dərəcəli fırtınadan geri qalaraq, 21 martdakı proseslə eyni səviyyədə dayanır. Lakin indiki təlatüm əvvəlkilərlə müqayisədə daha qısamüddətlidir.

Tədqiqatçıların bildirdiyinə görə, planetimizin qoruyucu maqnit sahəsi Günəş plazma atılmalarına təqribən 24 saat müqavimət göstərə bilib. İlkin təsir dalğası ötən gün Bakı vaxtı ilə 15:00-da Yerə çatsa da, sonrakı mərhələdə geomaqnit sahəsi artan təzyiqə tab gətirməyib.

Laboratoriyadan əlavə olaraq qeyd ediblər ki, hazırkı maqnit qasırğasının yanvar ayındakı hadisəni üstələməsi inandırıcı görünmür.

Mütəxəssislər həmçinin diqqətə çatdırıblar ki, hazırda Günəş səthində böyük ləkə qruplarının izlənilməsinə rəğmən, bu formalaşmalar hələlik güclü partlayışlara səbəb olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*