Yevlaxda şirkətdən oğurluq edən şəxs SAXLANILDIbackend

Yevlaxda şirkətdən oğurluq edən şəxs SAXLANILDI

Yevlaxda şirkətdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən KONKRET.az-a verilən xəbərə görə, rayon polis şöbəsinə Aran qəsəbəsi ərazisində şirkətlərdən birinə məxsus avtomatik suvarma sistemlərinin 102 ədəd çiləyicisi, 2 ədəd tənzimləyicisi, 6 ədəd kontaktoru, 60 metr naqili və 4 ədəd birləşdiricisinin oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini Təbriz Əlizadə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*