“YouTube” videoları açmadan məlumat əldə etməyə imkan verən süni intellekt əsaslı axtarış funksiyasını sınaqdan keçirir. Yenilik kontent yaradıcılarının baxış sayına və gəlirlərinə təsir göstərə bilər.
KONKRET.az bakupost-a istinadən xəbər verir ki, ABŞ-də məhdud sayda istifadəçi üçün sınaqdan keçirilən funksiya axtarış nəticələrində mətn xülasələri və videolardan əsas məqamları təqdim edir.
İstifadəçilər cavabları videoya daxil olmadan əldə edə bilərlər. Bu isə xüsusilə təlimat videolarına kliklərin və reklam gəlirlərinin azalmasına səbəb ola bilər. Funksiyanın real təsiri hələ məlum deyil.
