Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?backend

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bir qadın Uqandada üç aylıq səfərdən sonra Avropaya qayıdıblar. Qayıdışdan sonra hər iki şəxsdə yüksək hərarət, ürəkbulanma, qusma və bağırsaq problemləri kimi Ebola virusuna xas olan simptomlar müşahidə olunub.

Hər iki xəstə İtaliyanın Milan şəhərində yerləşən və yüksək riskli infeksion xəstəliklərin müalicəsi üzrə ixtisaslaşmış “Sakko” xəstəxanasına yerləşdirilib.

Bununla belə, Lombardiya regionunun səhiyyə naziri bildirib ki, hazırda bunun Ebola olduğuna dair dəqiq bir təsdiq yoxdur.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*