“Yuventus” hücum xəttini gücləndirməyi planlaşdırır.
KONKRET.az xəbər verir ki, Arkadiuş Milik zədədən sonra bərpa prosesi keçdiyi üçün İtaliya klubu yeganə forvardı Duşan Vlahoviçin ümidinə qalıb.
Bu üzdən klub rəhbərliyi Loi Opendaya elçi düşüb. Turin təmsilçisi “Leypsiq”in oyunçusunu qışda transfer etmək istəyir.
Qeyd edək ki, Openda cari mövsümün 9 matçında 5 qol vurub.//İdman.biz