Rusiyanın Zabaykalye diyarının qubernatoru Aleksandr Osipov cəmiyyətdə söyüş və kobud ifadələrdən istifadəyə qarşı mübarizəyə başlamağa çağırıb.
KONKRET.az xəbər verir ki, Osipov bunun asan olmadığını, lakin insanların özlərinin də söyüşdən mümkün qədər uzaq durmağa çalışmalı olduğunu bildirib
“Biz bu mübarizəyə başlamağa, məsələyə yaradıcı yanaşmağa və özümüzün də bundan çəkinməyə çalışmağımıza çağırırıq. Bu, çox çətindir, bunu yaxşı başa düşürük, çoxlu əsəbi anlar olur”, – deyə qubernator bildirib
Osipov Böyük Vətən müharibəsi iştirakçılarının arasında böyüdüyünü deyərək həmin dövrdə söyüşə münasibətin necə olduğunu nənəsinin nümunəsində danışıb
Onun sözlərinə görə, müharibə veteranları gündəlik həyatda ümumiyyətlə söyüş söyməyiblər. Döyüş və ya hücum zamanı emosional vəziyyətdə bəzi kobud ifadələr səsləndirilə bilərdi, lakin bundan sonra hərbçilər buna görə utanır və üzr istəyirdilər
Qubernator nənəsinin də müharibə iştirakçısı olduğunu bildirib. Onun sözlərinə görə, nənəsi 21 yaşında könüllü olaraq cəbhəyə gedib, rabitəçi kimi xidmət edib və əsasən aviasiya bölmələrində çalışıb
Osipov qeyd edib ki, hava döyüşləri zamanı pilotların emosional vəziyyətdə söyüş söyməsi baş verirdi, lakin onlar döyüşdən sonra bunun üçün mütləq üzr istəyirdilər.
Rəsmiyyə Şərifova,
KONKRET.az
