Zaporojye Atom Elektrik Stansiyası çərşənbə axşamı sonuncu xarici ehtiyat elektrik xətti ilə əlaqəni kəsib.
KONKRET.az xəbər verir ki, bu barədə MAQATE rəhbəri Rafael Qrossi məlumat verib.
“Zaporojye AES-in sonuncu ehtiyat xarici elektrik xətti ilə əlaqəsi kəsilib və ehtiyac duyduğu elektrik enerjisini 750 kV-luq tək xətt vasitəsilə alır. Bu da obyektdəki kövrək nüvə təhlükəsizliyi vəziyyətini pozur”, – deyə o, MAQATE-nin səhifəsində bildirib.
Burhan,
KONKRET.az