Rusiya Silahlı Qüvvələri iyulun 13-ü səhər saatlarınadək Ukraynanın Zaporojye vilayətinə 900-dən çox zərbə endirib, nəticədə 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb.
KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov bildirib.
“Ümumilikdə gün ərzində Zaporojye vilayətinin 51 yaşayış məntəqəsinə 932 zərbə endirilib, 13 nəfər, o cümlədən 1 uşaq yaralanıb”, – o qeyd edib.
Bundan başqa, infrastruktur obyektlərinə, yaşayış evlərinə, avtomobillərə, təsərrüfat tikililərinə ziyan dəyməsi barədə 42 məlumat daxil olub.
