Zaqatalada evlərə qənim kəsilən şəxsdən xəbər var – FOTO backend

Zaqatalada evlərə qənim kəsilən şəxsdən xəbər var - FOTO

Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb.

KONKRET.az xəbər verir ki, rayonda yerləşən evdən pul oğurlanması barədə polisə məlumat daxil olub.

Polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən R.Musayev müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun rayon ərazisində yerləşən bir neçə fərdi yaşayış evindən də oğurluq etdiyi müəyyənləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb. R.Musayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*