Rusiyanın Stavropol şəhərində yaşayış binasının yaxınlığında baş verən güclü partlayış nəticəsində iki nəfər ölüb. Yerli mediada yayılan məlumata görə, hadisə zamanı həlak olan şəxslər partlayışdan əvvəl binanın qarşısındakı skamyada oturaraq spirtli içki qəbul edirmişlər.
KONKRET.az xəbər verir ki, partlayış nəticəsində ölənlərdən biri Stavropol şəhərinin birinci vitse-meri Zaur Qurtsiyev olub. Bu barədə Stavropol diyarının qubernatoru Vladimir Vladimirov rəsmi məlumat yayıb.
Məlumatlara görə, Zaur Qurtsiyev Rusiya ordusunun Ukraynadakı hücumları zamanı, xüsusilə Mariupol şəhərinin bombalanması prosesində hava zərbələrinə rəhbərlik edib. Həmin bombardmanlar zamanı minlərlə dinc sakin həlak olub.
Rusiya Müdafiə Nazirliyinin “Qəhrəmanlar zamanı” adlı proqramının saytında Qurtsiyevin raketlərin hədəfə yönləndirilməsi texnologiyasını təkmilləşdirdiyi və bunun nəticəsində zərbələrin dəqiqliyinin dəfələrlə artdığı qeyd olunur. Həmin məlumatda bildirilir ki, bu sistem vasitəsilə “Azov” polkuna məxsus təchizat bazası da məhv edilib.
Hazırda partlayışın səbəbləri və hadisənin digər təfərrüatları hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
![]()
Müşviq Tofiqoğlu,
KONKRET.az