Zaxarova Putin-Tramp görüşünün pozulması ilə bağlı şayiələri “informasiya alveri” adlandırıb.
KONKRET.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın mümkün görüşü ilə bağlı yayılan şayiələrə münasibət bildirib.
Diplomat bu məlumatı “müharibə tərəfinin əsl təbliğatı” kimi qiymətləndirib.
Xatırladaq ki, NBC News-un jurnalisti Garrett Haacke, Ağ Evin yüksək rütbəli rəsmisinə istinadla, ABŞ və Rusiya prezidentləri arasında Budapeştdə keçiriləcək sammitə hazırlıqların hazırda dayandırıldığını bildirib.
ABŞ administrasiyasının rəsmisinin sözlərinə görə, dövlət katibi Marko Rubio ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı məhsuldar olub.
Bununla belə, ABŞ prezidenti Donald Tramp hesab edir ki, tərəflər danışıqlara “irəli getmək” üçün kifayət qədər hazır deyillər.
Dəniz Pənahova
KONKRET.az