“Zelenski buna nail olmaq üçün təxribata əl atacaq” – Miroşnikbackend

"Zelenski buna nail olmaq üçün təxribata əl atacaq" - Miroşnik

“Kiyev Moskva ilə Vaşinqton arasında danışıqları pozmaq üçün öz ərazisində istənilən təxribatı törətməyə hazırdır”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib.

“Heç kimin onlara öz əhalisini ələ salmağa, acınacaqlı şərait hazırlamağa mane olmur. Kiyev mütəmadi olaraq mülki obyektlərdən hərbi məqsədlər üçün istifadə edir. Rusiyanı günahlandırmaq üçün təxribatlara əl atır. Zelenski daha nəyə hazırdır? Hansı qətllərə, terror aktlarına və təxribatlara? Doğrudanmı, onun xalqına yazığı gəldiyini düşünürsünüz? O, 18 yaşlı gənclərin səngərlərə atılmasına göz yumur. Kiyev rejimi bəşəriyyətin bütün sərhədlərini çoxdan keçib”, – diplomat vurğulayıb.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*