Zelenski danışıqlara başlamaq üçün şərtlərini açıqladıbackend

Zelenski danışıqlara başlamaq üçün şərtlərini açıqladı

Ukrayna Prezidenti Vladimir Zelenski danışıqlara başlamazdan əvvəl Kiyevin təhlükəsizlik zəmanətinin almasını bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə Polşanın “Onet” nəşri Ukrayna rəhbərinə istinadən qeyd edib.

“Bizim hər hansı bir danışıqlara başlamamızdan əvvəl nə baş verməlidir? Ukrayna təhlükəsizlik zəmanəti almalıdır” – Zelenski vurğulayıb.

Ukrayna lideri bildirib ki, Kiyev NATO-nun harada olacağını, həmçinin müttəfiqlərin maliyyə və hərbi dəstəyinin davam edib-etməyəcəyini bilməlidir, çünki əks halda Ukrayna yalnız özünə güvənməli olacaq.

Bundan əvvəl Zelenski deyib ki, ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın Rusiyaya “təzyiq” göstərə biləcəyi təqdirdə, 2025-ci ildə münaqişəni başa çatdırmaq şansı var. Onun sözlərinə görə, Moskva başa düşməlidir ki, aqressiya halında “ukraynalılar özlərini və digər ölkələri müdafiə edə biləcəklər”. (Spitnik)

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*