Ukrayna Prezidenti Volodimir Zelenski Vatikana səfəri çərçivəsində Rəqəmsal Diplomatiya Forumunda çıxış edərək, Müqəddəs Taxtın nüfuz və səsinin Ukrayna–Rusiya münaqişəsinin başa çatdırılmasında önəmli rol oynaya biləcəyini bildirib.
KONKRET.az xəbər verir ki, Zelenski Vatikanı birbaşa danışıqlar üçün platforma rolunu üzərinə götürməyə görə təşəkkür edib və qeyd edib ki, dünya miqyasında milyonlarla insan pontifikin – sülh ümidinin simvolu olduğunu qəbul edir.
O, Ukraynanın istənilən formatda konstruktiv dialoqa hazır olduğunu vurğulayıb və “real nəticələr üçün hər imkanımızı səfərbər edəcəyik” deyə əlavə edib.
Natiq Səlim,
KONKRET.az