Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə mümkün danışıqlar üçün neytral məkanda görüşməyə hazırdır.
KONKRET.az Globalinfo-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andriy Sibiqa açıqlama yayıb.
Nazirin sözlərinə görə, hazırda ən azı yeddi ölkə belə görüşə ev sahibliyi etməyə hazırdır. Onların sırasında Avstriya, Vatikan, İsveçrə, Türkiyə və adları açıqlanmayan üç Fars körfəzi dövləti var.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin eyni gün Zelenskini Moskvaya dəvət etmişdi. Lakin Kiyev tərəfi yalnız neytral platformada danışıqların mümkünlüyünü qeyd edərək, vasitəçi ölkələrin obyektivlik və təhlükəsizlik baxımından əhəmiyyətini xüsusi vurğulayıb.