Zelenski: “Qışı keçirmək üçün ABŞ-dan Patriot raketlərinin 5%-nə ehtiyacımız var” – VİDEObackend

Zelenski: “Qışı keçirmək üçün ABŞ-dan Patriot raketlərinin 5%-nə ehtiyacımız var” - VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski CNN-ə müsahibəsində bildirib ki, ölkəsi bu il 2025-ci illə müqayisədə 2,5 dəfə az sayda raket əleyhinə müdafiə raketi əldə edib.

KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, Rusiyanın ballistik raketlərinin sayı əvvəlki dövrlə müqayisədə iki dəfə artıb.

“Bu il amerikalı tərəfdaşlarımdan onların ehtiyatlarındakı raketlərin 5 faizini bizə satmalarını xahiş edirəm. O zaman biz qışı keçirəcəyik. Əgər 10 faizini satsalar, bütün Rusiya ballistik raketlərini məhv edəcəyik. Hazırda cavab budur ki, bizə cəmi 1 faiz satacaqlar”, – deyə Zelenski bildirib.

O əlavə edib ki, vaxtının əhəmiyyətli hissəsini əlavə silah-sursat tədarükü ilə bağlı müttəfiqlərlə telefon danışıqlarına və qapalı müzakirələrə sərf edir.

“Mən raketlər müqabilində nəyisə dəyişməyə çalışıram… Bəzi işlər görürəm ki, onlar barədə heç danışa bilmirəm. Bu, onların qanunsuz olduğu anlamına gəlmir. Sadəcə, bu barədə danışa bilmərəm”, – deyə Zelenski qeyd edib.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*