Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın mülki obyektlərə endirdiyi son zərbələrin nəticələrini əks etdirən görüntüləri yayımlayıb və beynəlxalq tərəfdaşları Kiyevə hərbi və siyasi dəstəyi gücləndirməyə çağırıb.
KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, Odessada sərnişin avtobusları, Zaporojyedə yaşayış binaları və Xarkov vilayətində xəstəxana zərbələrə məruz qalıb.
Dövlət başçısı Rusiyaya qarşı iqtisadi təzyiqin zəruriliyini vurğulayıb.
Zelenski, həmçinin Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi, Ukraynaya dəstək paketlərinin genişləndirilməsi və Avropanın FREYJA adlı yeni antiballistik müdafiə layihəsi də daxil olmaqla yeni müdafiə təşəbbüslərinin həyata keçirilməsinin vacibliyini qeyd edib.
Ukrayna liderinin sözlərinə görə, yaxın günlərdə ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəlmiş bir sıra görüş və danışıqların keçirilməsi gözlənilir.
Müşviq Tofiqoğlu
KONKRET.az
