Zelenski yeni hava həyəcanı qaydalarını açıqladı: Sarı və qırmızı səviyyələr tətbiq olunurbackend

Zelenski yeni hava həyəcanı qaydalarını açıqladı: Sarı və qırmızı səviyyələr tətbiq olunur

Ukraynada Rusiya zərbələrinin yeni taktikasına, xüsusilə dinc həyatı və iqtisadi fəaliyyəti tükətmək məqsədilə tətbiq edilən dron hücumlarına qarşı yeni reaksiya qaydaları elan edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna lideri “Telegram” səhifəsində məlumat paylaşıb. Qeyd olunub ki, Baş nazir Sergey Koretski Rusiya zərbələrinin taktikasına qarşı tədbirlərin hazırlığı barədə məruzə edib.

Yeni qaydalara əsasən, təhlükənin səviyyəsini dəqiq başa düşmək üçün iki səviyyə — sarı və qırmızı səviyyələr daxil edilir. Baş Qərargah, Hərbi Hava Qüvvələri, hökumət, Müdafiə Nazirliyi, DİN və FHN hər həftə təhlükə göstəricilərini müəyyən edəcək. Sarı səviyyə üçün baza variant dron hücumu, qırmızı səviyyə üçün isə raket təhlükəsi (o cümlədən ballistik və kütləvi hücumlar) nəzərdə tutulur. Həmçinin həyəcan siqnallarının səsləri dəyişdiriləcək, təkrar siren səsləri ləğv edilib və coğrafi diferensiasiya tətbiq olunacaq.

Bununla yanaşı, hökumət, yerli özünüidarəetmə orqanları və hərbçilər sarı təhlükə səviyyəsi zamanı dövlət strukturlarının, biznesin və sosial obyektlərin işləməsi üçün dəqiq meyarlar müəyyənləşdirəcək, sığınacaq normativləri yenilənəcək və biznesə modul sığınacaqların quraşdırılması üçün dəstək veriləcək. Kiyevdə hava həyəcanı zamanı ictimai nəqliyyatın iş rejimi yenidən baxılacaq, sarı səviyyə zamanı Siretsko-Peçerska metro xətti tam işləyəcək, yerüstü nəqliyyatın sayı artırılacaq və komendant saatının müddəti qısaldılacaq.

Təhsil müəssisələrinin fəaliyyət qaydaları dəyişməz qalır, Nazirlər Kabineti isə səhiyyə müəssisələrinə əlavə maliyyə dəstəyi təmin edəcək. Həmçinin reaksiya alqoritmlərinin hər həftə audit edilməsi və məsləhətləşmələrin aparılması təmin olunacaq.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*