“Qarabağ”dan ayrılaraq Səudiyyə Ərəbistanının “Əl-Oruba” klubuna keçmək istəyən Abdullah Zubir gözlənilməz problemlə üzləşib.
KONKRET.az xəbər verir ki, 34 yaşlı futbolçunun Səudiyyə Ərəbistanı çempionatında çıxış etməsi mümkün olmayıb.
Onun yeni klubdakı müqaviləsi yerli liqa tərəfindən təsdiqlənməyib. Buna səbəb “Al-Oruba”nın maliyyə təminatı ilə bağlı problemi olub. Nəticədə Zubirə azad agent statusu verilib. Hazırda fransalı yarımmüdafiəçi yeni klubla müqavilə imzalamaqda sərbəstdir.
Bu xəbərlər onun “Qarabağ”a qayıtması ehtimalını gündəmə gətirib. Lakin Qol.az-ın əldə etdiyi məlumata görə, Zubir karyerasını Qətərdə davam etdirmək niyyətindədir.
Xatırladaq ki, A.Zubir 2018-ci ildən bu ilin yayına qədər “Qarabağ“da çıxış edib.
