Gürcüstanın keçmiş prezidenti Zurabişvili şəxsi əlaqələrindən istifadə edərək ABŞ prezidenti Trampı ölkəni Rusiyadan qorumağa çağırıb.
KONKRET.az “The Hill”ə istinadən xəbər verir ki, o, ABŞ-ın yeni prezidenti ilə görüşməyə çalışır.
Eyni zamanda, nəşrin yazdığına görə, Baydenin əvvəlki administrasiyası protokola əməl etməyə üstünlük verib və faktiki olaraq Zurabişvilini bloklayıb. Zurabişvilinin fikrincə, Tramp Gürcüstandakı vəziyyətə qarışmasa, ölkə Rusiya və Çinin təsir dairəsində qalacaq.
Vəli Həsənoğlu,
KONKRET.az