Krımın itirilməsinin tarixi səbəbləri… – Sabiq Prezident məqalə yazdıbackend

Krımın itirilməsinin tarixi səbəbləri... – Sabiq Prezident məqalə yazdı

Poroşenko hesab edir ki, Ukrayna Krımın Rusiya tərəfindən ələ keçirilməsini təmin etmək üçün addım-addım səhvlər etdi

Ukraynanın keçmiş Prezidenti Petro Poroşenko “Ukrainskaya Pravda” qəzetində “Krımın Ukrayna tərəfindən itirilməsinə səbəb olan tarixi səbəblər” adlı məqalə ilə çıxış edib.

KONKRET.az-ın xəbərinə görə, Poroşenko məqaləsində qeyd edir ki, SSRİ-nin dağılmasından dərhal sonra Moskva keçmiş ittifaq respublikaları ərazisində, xüsusilə də Krım və Dnestryanı ərazilərdə rusiyapərəst muxtariyyətlərin yaradılmasına başlayıb.

 

“1990-cı illərin əvvəllərində Ukrayna hələ də Rusiyadan çox asılı vəziyyətdə idi və Kiyev bu prosesə müdaxilə edə bilmədi. 2014-cü ilin dramı otuz illik tarixin yalnız sonu oldu. Səhvdən sonra səhv, səhv hesablamadan sonra yenidən səhv hesablama… Ukrayna Krımın Rusiya tərəfindən ələ keçirilməsini təmin etmək üçün addım-addım səhvlər etdi”, – Poroşenko yazır.

Sabiq Prezident qeyd edib ki, fəlakətli iqtisadi müddəalar, bazar islahatlarındakı gecikmələr və Rusiya qazından asılılıq səbəbi ilə rəsmi Kiyev Sevastopolda bir rus donanmasının yerləşdirilməsinə razı olmaq məcburiyyətində qaldı: “Hakimiyyət Krımın “Rus dünyası” deyilən ideologiyanın əsl sınaq meydanına çevrilməsinə göz yumdu”.

Poroşenko hesab edir ki, Rusiya Silahlı Qüvvələri personalının yarımadada dərin kök salması 2014-cü il hadisələrində ölümcül bir rol oynadı: “Bunun nəticəsində Krım sakinləri rus əsgərlərini qarşılarında düşmən kimi görmədilər. Bu, Ukraynanı hücuma qarşı müdafiə imkanlarından məhrum etdi”.

Qeyd edək ki, Krım 2014-cü ilin martında bölgədə referendum yolu ilə Rusiya tərəfindən faktiki olaraq işğal edildi. Ukrayna, Avropa Birliyi ölkələri və ABŞ yarımadanın Rusiyaya birləşməsini ilhaq adlandıraraq, referendumun nəticələrini tanımaqdan imtina etdi. Rusiya hakimiyyəti bu iddiaları rədd edir və referendumun beynəlxalq hüquqa uyğun olduğunu israr edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*