Qurban Qurbanov Avropa klubuna gedir – SON DƏQİQƏbackend

Qurban Qurbanov Avropa klubuna gedir - SON DƏQİQƏ

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ölkə xaricinə yollanacaq.

KONKRET.az SPORTİNFO.AZ-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis bununla bağlı tədarük görməyə başlayıb.

Onun səfər etməyə hazırlaşdığı yer İspaniyadır.

Qurbanovun məqsədi La Liqanın aparıcı klublarından birində olmaq, məşq prosesini izləmək, həmkarının iş proqramını incələməkdədir.

Hələlik səfərin vaxtı dəqiqləşməyib. Ancaq tərəflər arasında danışıqların sona yaxınlaşdığını söyləyə bilərik.

Qurban Qurbanov bundan əvvəl Almaniyada olub. Azərbaycanın ən yaxşı futbol mütəxəssisi yanvarda “Bayer”in düşərgəsinə səfər edib, Xabi Alonso ilə görüşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*