UEFA-dan yeni qərarbackend

UEFA-dan yeni qərar

UEFA İcraiyyə Komitəsi Avro-2024-də çıxış edəcək milli komandaların iştirak ərizəsində icazə verilən oyunçu limitinin artırılması ilə bağlı qərar qəbul edib.

KONKRET.az UEFA-nın saytına istinadən xəbər verir ki, komandalar iştirak ərizələrinə 26-ya qədər oyunçu daxil edə bilərlər. Əvvəllər maksimum say 23 oyunçu idi.

Qeyd olunur ki, yarış reqlamentinə uyğun olaraq, Avro-2024 üçün komandaların siyahıları turnirin başlamasına 7 gün qalmış, iyunun 7-dək Avropa futbolunun rəhbər orqanına təqdim edilməlidir.

Xatırladaq ki, Avropa çempionatının final oyunları 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Turnirə 10 şəhər ev sahibliyi edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*